Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion “Qarabağ” da növbəti sınağına çıxır.
Komandamızın rəqibi isə İtaliya “İnter”idi. Ağdamlılar bu komandayla ilk oyunu səfərdə keçirəcək.
Avropa Liqası
F qrupu
2 oktyabr
İnter – Qarabağ
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Hetsikov, Oleq Maslyanka.
Əlavə hakim köməkçiləri: Sergey Tsinkeviç, Denis Şerbakov (Hakimlər Belarusdandı).
Milan. “Cüzeppe Meatsa” stadionu.
