Ölkə futbolu

“Qarabağ” “Milan” və “Feyenord”u qabaqladı

04.06.2019 , 10:52

Avropada klubların 2018/2019 mövsümü üçün reytinq cədvəli açıqlanıb. Sıralama komandaların son 5 mövsümdə avrokuboklardakı çıxışına görə müəyyənləşib.

Son illərdə ardıcıl olaraq, ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edən “Qarabağ” 70-ci pillədə yer alıb. Ağdam klubu bu göstərici ilə “Milan”, “Feyenord”, “Lester Siti”, “Real Sosyedad” və “Trabzonspor” kimi komandaları qabaqlayıb.

Digər klublarımızdan “Qəbələ” 173 (6,250 xal), “Keşlə” 273 (3000), “Neftçi” 274 (3,250), “Zirə” 275 (0,500), “Kəpəz” isə 276-cı (0,500) yerdə qərarlaşıb.

Son yazılar

Yuxarı