“Qarabağ” Miçeli göndərdi – Rəsmi
17.07.2020 , 17:59

“Qarabağ”da ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, Ağdam klubu yarımmüadfiəçisi Miçeli yola salıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2015-ci ildən Ağdam klubunun formasını geyinən ispaniyalı bu müddətdə 155 matça çxıb, 25 qol vurub.
