“Qarabağ” “Makkabi”yə məğlub oldu
23.10.2020 , 00:55

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.
Korner.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da yer aldığı I qrupunda ilk oyununa çıxıb. Ağdam klubu İsraildə “Makkabi”nin qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Qrupun digər oyununda “Vilyarreal” “Sivasspor”u qəbul edib.
22 oktyabr
Avropa Liqası
Qrup mərhələsi
I qrupu
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) – 1:0
Qol: Yonatan Kohen, 10
Baş hakim: Con Biton (Şotlandiya)
Təl-Əviv. “Blumfeld” stadionu
