“Qarabağ” ilk xalını qazandı
03.12.2020 , 23:53

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, turnirdə yoluna davam edən yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. “Köhlən atlar” İstanbulda Təl-Əviv “Makkabi”sini qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə bitib. Bununla da “Qarabağ” ilk xalını qazanıb.
Qrupun digər oyununda isə “Sivasspor” “Vilyarreal”ı qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
3 dekabr
Avropa Liqası, 5-ci tur
İ qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:1
Qollar: Xayme Romero, 36 – Yonatan Kohen, 22
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
21:55.”Sivasspor” (Türkiyə) – “Vilyarreal” (İspaniya) – 0:1
