"Qarabağ" daha bir futbolçu ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, bu makedoniyalı Nderim Nedzipidir. Ağdam təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu komandadan ayrılıb.
Qeyd edək ki, az əvvəl klubun digər üzvü Georgi Adamiya da müqaviləsi başa çatmış və "Qarabağ"la vidalaşmışdı.
