Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Macarıstanın “Diosqior” klubu ilə qarşılaşıb. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Yüksək liqada müqabirə aparan “Diasqior” hazırda 20 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
20 yanvar
Yoxlama oyunu
17:30. “Qarabağ” – “Diosqior” (Macarıstan) – 4:0
Qollar: Maksim Medvedyev, 29, Muarem Muarem, 51, Rahid Əmirquliyev, 58, Mahir Mədətov,73
