“Qarabağ” məşqləri bərpa etdi
22.09.2019 , 12:08
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən İspaniyanın “Sevilya” klubu ilə ev oyunundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün yenidən bir araya gələcək.
Korner.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna öz bazasında hazırlaşacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Zirə” – “Qarabağ” oyununa saat 19:00-da start veriləcək.