"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışına davam edir.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, 1 günlük istirahətin ardından komanda günü 2 məşqlə keçirib.
Günün ilk çalışması fitnes zalında baş tutub. Yerli vaxtla 11:00-da başlayan məşq 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Bakı vaxtı ilə 23:00) baş tutub. Taktiki-texniki hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib.
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.
Bu gün isə komandanın növbəti yoxlama oyunu baş tutacaq. Rəqib Ruminiyanın "Styaua" klubu olacaq. Oyun Bakı vaxtıyla 20:30-da start götürəcək.
