Futbol

“Qarabağ” mənim ürəyimin bir parçasıdır”

31.10.2016 , 16:58

UEFA “Qarabağ” klubu haqda süjet hazırlayıb.

Korner.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın çəkiliş qrupu ötən həftə bu məqsədlə Bakıya gəlib.

Onlar Ağdam klubunun futbolçuları Qara Qarayev və Maksim Medvedyevlə görüşüb, həmçinin, Tofiq Bəhramov adına Respublika stadionunda olub.

Qara Qarayev qonaqlarla görüşündə “Qarabağ”da oynamağından qürur duyduğunu deyib:

“Mən 1992-ci ildə Füzulinin kəndində anadan olmuşam. Bizim kəndimiz düşmənlər tərəfindən işğal olunduqdan sonra Bakıya gəldik. Onda mənim 1 yaşım var idi. Biz torpaqlarımızı itirdik. İndi fəxr edirəm ki, “Qarabağ”da çıxış edirəm. “Qarabağ”ın bir hissəsi olduğum üçün çox xoşbəxtəm”.

Qara Qarayev Avropa Liqasının qrup mərhələsindəki çıxışlarından da danışıb.

Maksim Medvedyev də Avroliqa mübarizələrindən söhbət açıb:

“Fiorentina”ya 1:5 hesabı ilə uduzanda çox məyus olmuşduq. Ancaq uşaqlar toparlanmağı bacardı. Baş məşqçimizin düzgün göstərişləri nəticəsində oyunumuzu düzəltdik. PAOK-la düzgün oynadıq. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq.

“Qarabağ” mənim ürəyimin bir parçasıdır. Bu klub mənə addım atmaqda və düzgün insan olmaqda kömək edib”.

“Qarabağ” haqda süjetə 32-ci dəqiqədən baxa biırəsiniz. (qol.az)

Son yazılar

Yuxarı