“Qarabağ” məğlubedilməzdi
02.01.2023 , 10:56

2022-ci ilin nəticəsinə görə “Qarabağ” Avropa ölkələrində daxili liqada məğlub olmayan 5 klubdan biri olub.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqada geridə qalan 18 oyunun 16-da qələbə qazanıb, iki heç-heçə edib.
“Qarabağ”dan başqa “Srvena Zvezda” (17 qələbə, 2 heç-heçə), PSJ (14 qələbə, 2 heç-heçə), “Napoli” (13 qələbə, 2 heç-heçə) və “Panatinaikos” (12 qələbə, 3 heç-heçə) öz liqasında meydanı məğlub tərk etməyib.
