Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, lider “Qəbələ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Son 6 oyundur qələbəyə həsrət qalan Şahin Diniyevin komandası doğma meydanda rəqibindən xal almağa çalışacaq. “Qəbələ” isə liderliyini qorumaq üçün mübarizə aparacaq.
Günün digər oyununda “Qarabağ” öz meydanında “İnter”i qəbul edəcək. Belə ki, “İnter” cari mövsüm “Qarabağa” məğlub olmayan yeganə komandadır. Maraqla gözləilən oyun 18:00-da start götürəcək.
28 fevral (çərşənbə axşamı)
Azərbaycan Premyer Liqası
XX tur
15:00 “Kəpəz” – “Qəbələ” 1-1
Qollar: Şəhriyar Rəhimov 36 // Renan Silva 54
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00 “Qarabağ” – “İnter” 0-1
Qol: Zurab Xizanişvili 72
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena”
