Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Avropa nəhənglərindən olan Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq. Ardıcıl dörd mövsüm, ümumilikdə isə 46 dəfə ölkəsinin çempionu olan Qlazqo təmsilçisi ilə komandamızı çətin oyun gözləyir.
“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq. Ağdam təmsilçisi Şotlandiya səfərindən sərfəli nəticə ilə qayıtmalıdır ki, Bakıda keçiriləcək cavab matçında mərhələ adlamaq şanslarını saxlasın.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Azər Salahlı
29 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
23:45. "Seltik" (Şotlandiya) – "Qarabağ" (Azərbaycan) – 1:0
Qol: Boyata 85
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Qlazqo. “Seltik Park” stadionu
