“Qarabağ” məğlub oldu, “Neftçi”dən qələbə
29.09.2022 , 19:45

I Divizionda V tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə daha 3 matç baş tutub.
Son mövsümün qalibi “Qaradağ Lökbatan” “İmişli”yə qalib gəlib. “Qarabağ-2” “Səbail-2” ilə bacarmayıb. “Neftçi”nin əvəzediciləri “Zaqatala”nı əliboş yola salıb.
I Divizion
V tur
“Qaradağ Lökbatan” – “İmişli” – 4:0
Qollar: Elnur Cəfərov 16 (pen.), 50, 73, Rəvan Abasov
“Səbail-2” – “Qarabağ-2” – 2:1
Qollar: İbrahim Hüseynov 27 (pen.), Kizito 56 – David Saenko 35
“Neftçi-2” – “Zaqatala” – 2:0
Qollar: Elşad Tağıyev 60, Elcan Əbilov 90+5
