Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi “F91 Düdelanj”ın qonağı olacaq “Qarabağ” bu gün oyunöncəsi son məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, komanda son məşqi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Son hazırlıqlar matçın keçiriləcəyi “Jos Nosbaum” stadionunda baş tutub.
Qeyd edək ki, “F91 Düdelanj” – “Qarabağ” matçı sabah saat 20:00-da başlayacaq və klubun “Youtube” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
