“Qarabağ” – “Ludoqorets” matçının təyinatları
01.08.2024 , 15:41

“Qarabağ”ın Bolqarıstan “Ludoqorets”inə qarşı keçirəcəyi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust.
20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher
Dördüncü hakim: Sven Wolfensberger
VAR hakimləri: Fedayi San, Johannes von Mandach (Hakimlər briqadası İsveçrədəndir)
Tofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00. “Ludoqorets” – “Qarabağ”
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
Ludoqorets Arena
