“Liverpul” – “Qarabağ” matçının hakimi açıqlandı
26.01.2026 , 13:20
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul” – “Qarabağ” arasında keçiriləcək qarşılaşmanın hakimi açıqlanıb.
Korner.az xəbər verir ki, matç slovakiyalı hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi FIFA referisi İvan Krujlyak olacaq.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.