“Qarabağ” “Linkoln”a qalib gəldi
23.07.2024 , 21:53

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.
Korner.az xəbər verir ki, “Qarabağ” turnirdə yeni ilk rəsmi matçına çıxıb.
Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub. Təmsilçimiz səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) – 0:2
Qollar: Juninyo, 45+2, Toral Bayramov, 75
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa point stadium”
