“Qarabağ” “Linkoln”a böyük hesabla qalib gəldi
30.07.2024 , 21:55

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, “Qarabağ” Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam klubunun 5:0 hesablı qələbəsi ilə bitib.
İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanmışdı.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) – 5:0
Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
