“Qarabağ” səfərdə “Linfild”də məğlub oldu
23.08.2019 , 00:39

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” bu gün mübarizəyə Avropa Liqasının pley-off mərhələsindən qoşulub.
Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Şimali İrlandiyada “Linfild” klubunun qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə bitib.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust
22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 3:2
Qollar:Faysal Rerras, 15, Stafford, 40, Leyveri, 45+1, 74, Mqaye Qeye, 90+3 (pen)
Hakimlər: Sandro Şarer, Stefan de Almeyda, Bekim Zoqay, Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç)
Belfast. “Vindzor Park” stadionu
