Ölkə futbolu

“Qarabağ” – “Linfild” oyununun biletləri satışda

21.08.2019 , 18:38

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 29-u, saat 20:00-da Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətii sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

 

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).

Son yazılar

Yuxarı