Avropa liqası

“Qarabağ” qrup mərhələsində

29.08.2019 , 21:59

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” – “Linfild” – 2:1

Qol: Xayme Romero, 6, Abdullah Zubir, 88

Baş hakim: Sergey İvanov

Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko

Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Son yazılar

Yuxarı