“Oyun maraqlı keçdi. Birinci hissədəki tempi saxlaya bilmədik. İkinci hissədə buraxılan qol planlarımızı pozdu. “Qarabağ” güclü komandadı. Hər cəhətdən bizdən üstündü. Utanmağa dəyməz. Əlimizdə olanlarından maksimum istifadə etdik Futbolçulara çox sağ ol deyirəm ki, əlləri ayaqları əsmədi. “Qarabağ” liderliyə layiq komandadı.”
Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev TPL XXIV çərçivəsində keçirilən “Qarabağ” (1:2) səfərindən sonraki mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Tadas Simaitisin səhvindən sonra ehtiyyata düşmə ehtimalı var?
– Bir oyuna görə futbolçunu heyətdən kənarlaşdırmaq düzgün deyil. Acınacaqlı səhvlər deyil.
– Bundan sonra sizin hədəfiniz nədi?
– İddiamız olmalıdı. Həmişə maksimum nəticəyə oynamalıyıq. Şansımızı gözləməliyik. Evimizdə oyunlarımız var. Yaxşı meydanda daha yaxşı futbol oynaya bilirik. İddiamız qalır. İndidən əllərimizi qaldırmayacağıq.
– Planlarınızı erkən qol vurmağınız dəyişdi?
– Qol vurmağımız nomraldı. Bunu gzləyirdikş Buraxdığımız qollar acınacaqlı idi. İkinci hissənin əvvəlində buraxdığımız qol planları pozdu. Vurulan qol planı pozmur.
