“Qarabağ” liderdir
14.10.2022 , 14:29

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkə çempionatlarında topa ən çox sahib olan komandaların reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasında iştirak edən klublar da yer alıb.
“Qarabağ” çempionatda keçirdiyi 8 matçda ortalama 65,9 faiz topa sahib olub. “Atlılar” bu göstəricidə zirvədədir.
İkinci sırada “Neftçi” yer alıb. “Ağ-qaralar”ın topla oynama faizi 57,7-dir. “3-lüy”ü “Sabah” tamamlayır. Murad Musayevin rəhbərlik etdiyi kollektiv ortalama 57,1 faiz topa sahib olub.
