“Qarabağ” – “Lex” oyunundan öncə konsert
11.07.2022 , 12:33

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” matçına gələcək azarkeşləri sürpriz gözləyir.
Korner.az Ağdam təmsilçisisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun günü 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” qarşılaşması saat 20:00-da start götürəcək.
