Futbol

“Qarabağ” – “Lex” matçının hakimləri açıqlandı

27.06.2022 , 16:15

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la “Lex” (Polşa) arasında keçiriləcək cavab oyununun da hakimləri açıqlanıb.

Korner.az xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kukla Harri Leonard kömək edəcək. Dördüncü hakim funksiyası Simon Huperə həvalə olunub.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Son yazılar

Yuxarı