Futbol

“Qarabağ” – “Lex”: biletlər satışda

27.06.2022 , 11:31

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” (Polşa) oyununun biletləri bu gündən satışa çıxarılacaq.

Korner.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək).

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son yazılar

Yuxarı