“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
01.10.2020 , 23:53

Bu gün Avropa Liqasında pley-off mərhələsinin matçları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Polşa “Legiya”sı ilə qarşılaşıb. Ağdam klubu görüşdə 3 cavabsız qolla qalib gələrək, qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Avropa Liqası, pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3
Qol: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç
Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
