“Qarabağ” Lənkəranda 10 uşaq seçdi
03.05.2021 , 16:22

“Qarabağ” Futbol Məktəbi Lənkəranda iki fərqli yaş qrupundan ibarət uşaq futbolçulara baxış keçirib.
Korner.az xəbər verir ki, seçimdə 70-ə yaxın futbolçu iştirak edib. Onlar arasından 10 futbolçu müvafiq yaş qruplarınının məşqlərində iştirak etmək üçün Bakıya dəvət edilib.
Bu ay “Qarabağ” Futbol Məktəbinin Bakıda genişmiqyaslı seçimləri planlaşdırılır.
