“Qarabağ” – “Kukesi” matçına nə qədər bilet satılıb?
28.07.2018 , 12:25

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. Artıq matçın biletləri bir neçə gündür ki, satışdadır.
Klubdan verilən məlumata görə, indiyə qədər cəmi 6 min bilet satılıb.
Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-i saat 21:00-da start götürəcək.
Şatış məntəqələri:
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
Qeyd edək ki, qarşılaşma 1 avqust saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
