“Qarabağ” – “Kukesi” matçı canlı yayımlanacaq
31.07.2018 , 13:23

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanın “Kukesi” klubunu qəbul edəcək.
Avqustun 1-i, saat 21:00-da start götürəcək qarşılaşma “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Bu barədə klubun “facebook” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Albaniyada keçirilən ilk oyunda qalib bəlli olmayıb.
