Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri sabah satışa çıxır.
Azarkeşlər saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
“Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-i saat 20:00-da start götürəcək.
