Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
Avqustun 12-də oyunun biletləri satışa çıxarılacaq. Oyunun biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılacaq.
Biletlərin qiyməti nömrəli sektorlara 1, 2, 3, 5, 10 manat, VİP sektoruna isə 50 manatdı.
“Qarabağ” – “Kopenhagen” görüşü avqustun 15-də keçiriləcək və saat 20:00-da başlayacaq.
