Ağdamın “Qarabağ” klubu 2012/2013 mövsümü üçün transfer çalışmalarını sürətlə davam edir. Korner.az klubun rəsmi saytına istinadən veridi xəbərə görə, Elnur Abdulovun ardından daha bir keçid rəsmiləşib.
Daim öz fəlsəfəsinə üstünlük verən komanda dünyanın ən güclü çempionatlarından sayılan Almaniya Bundesliqasından oyunçu transfer edib. “Qarabağ” cari mövsüm `Köln`ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış xorvatiyalı Miro Varvodiçi sıralarına qatıb. 1989-cu il təvəllüdlü qolkiper 191 sm boy malikdir. `Köln`ə qədər ölkəsində `Hayduk`un futbolçusu olub.
Qeyd edək ki, Varvodiçlə 2 illik müqavilə bağlanıb.
