“Qarabağ” Kiprə yollandı – FOTO
05.11.2019 , 21:14

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə APOEL-in qonağı olacaq.
Korner.az xəbər verir ki, Ağdam klubu Kipr təmsilçisi ilə oyun üçün bu gün Nikosiyaya yola düşüb.
Noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyununa saat 21:55-də start veriləcək.
