“Qarabağ” “Keşlə” ilə qarşılaşacaq
17.07.2020 , 13:02
Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Keşlə” yoxlama oyununda üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, komandalar sabah Qəbələ şəhər stadionunda qarşılaşacaqlar.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.