“Qarabağ” və “Neftçi”dən qələbə
14.05.2021 , 21:00

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.
Qalan üç oyun eyni saatda başlayıb. Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. İkinci pillədə qərarlaşmış “Neftçi” isə “Sumqayıt”ın qonağı olub və 1:0 hesabı ilə qələbə qazanıb.
Bürünc medal uğrunda mübarizə aparan “Zirə” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXVII tur
14 may
“Qəbələ” – “Sabah” – 2:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.
“Zirə” – “Səbail” – 2:0
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
“Qarabağ” – “Keşlə” – 2:0
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Bakı. “Azersun Arena”, 19:00.
“Sumqayıt” – “Neftçi” – 0:1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.
