“Qarabağ” darmadağınla yarımfinalda
11.02.2022 , 19:54

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.
“Qarabağ” səfərdə “Keşlə”nin qonağı olub. “ASK Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi darmadağınla qalib gəlib – 6:0.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk matçda da Ağdam klubu qələbə qazanmışdı – 1:0.
11 fevral (cümə)
Azərbaycan kuboku, 1/4 final
Cavab oyunu
18:00. “Keşlə” – “Qarabağ” – 0:6
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”.
İlk oyun – 0:1.
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”
İlk oyun – 1:1
13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1
18:00. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”
İlk oyun – 0:4
