“Qarabağ” “Keşlə”yə qalib gəldi
18.07.2020 , 19:56

Avrokuboklarda təmsilçilərimiz – “Qarabağ” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəlib.
Korner.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.
Yoxlama oyunu
18 iyul
17:30. “Qarabağ” – “Keşlə” – 3:1
Qollar: Aleksandr Kristovao, 6 (0:1), Filip Ozobiç, 11-pen (1:1), 51 (2:1), Mahir Emreli, 65 (3:1)
