“Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın rəqibi məlum oldu
16.06.2021 , 16:13

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, “Qarabağ”ın rəqibi İsrailin “Aşdod” klubu olub. Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək.
“Sumqayıt” Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” klubu ilə üz-üzə gələcək. Hər iki təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək k, II təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.
