Futbol

“Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın potensial rəqibləri məlum oldu

19.07.2021 , 16:49

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

“Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri müəyyənləşib.

“Qarabağ” “Aşdod” səddini keçəcəyi təqdirdə, AEL(Kipr) – “Vlajniya (Albaniya) cütünün qalibi ilə oynayacaq.

“Keşlə” isə “Soçi” sınağından üzüağ çıxacağı təqdirdə, ya Serbiyaya, ya da Slovakiyaya yollanacaq. Püşk onları “Partizan”(Serbiya) – DAK-1904(Slovakiya) cütünün qalibi ilə üz-üzə qoyacaq.

“Sumqayıt” – “Çukariçki” (Serbiya) cütünün potensial rəqibləri isə “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi olacaq.

Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5-12 avqust tarixlərində keçiriləcək.

Son yazılar

Yuxarı