“Qarabağ” – “Keşlə” oyununun vaxtı açıqlandı
22.06.2021 , 17:53

“Qarabağ” və “Keşlə”nin öz aralarında keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.
Korner.az xəbər verir ki, iyunun 26-ı “Azərsun Arena”da olacaq görüş saat 18:00-da başlayacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
