Ölkə futbolu

“Qarabağ”dan “Keşlə”yə 4 cavabsız qol

05.08.2020 , 21:37

Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ” və “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

Korner.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandaların ilk yoxlama oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

“Keşlə” bundan sonra “Zirə” (1:0) və “Səbail”i (2:0) məğlub edib. “Qarabağ” isə “Sabah”a uduzub (1:2), “Neftçi”yə qalib gəlib (1:0)

Yoxlama oyunu
5 avqust

19:00. “Qarabağ” – “Keşlə” – 4:0

Qollar:  Abdullah Zubir, 30, Kevin Medina, 70, Mahir Emreli, 76,  Ovusu Kvabena, 8

Son yazılar

Yuxarı