Transferlər

Emeqara yenidən “Qarabağ”da

24.07.2018 , 19:07

Qarabağ bu gün Con Delarjdan sonra daha bir futbolçunun transferini açıqlayıb. Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.

2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. O, bu komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.

Son yazılar

Yuxarı