“Qarabağ” qrupdan çıxdı
05.11.2021 , 00:47

Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi “Qarabağ” Qazaxıstanda “Kayrat”ın qonağı olub. Qurban Qurbanovun komandası bu görüşdə qalib gəlib – 2:1.
Bununla da “Qarabağ” tarixi qələbə qazanaraq, qrup səddini aşıb.
4 noyabr
Konfrans Liqası
H qrupu, 4-cü tur
19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan) – 1:2
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena
