“Qarabağ” kapitanla müqaviləni yenilədi – rəsmi
25.05.2021 , 11:49

“Qarabağ” klubu futbolçusu Maksim Medvedev ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, komandanın kapitanı ilə imzalanmış müqavilənin müddəti 2 ildir. Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Maksim 2023-cü ilin yayına qədər Ağdam təmsilçisində çıxış edəcək.
Maksim Medvedev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
