“Qarabağ” Kadini geri qaytardı – Rəsmi
04.02.2025 , 23:10

“Qarabağ” sabiq futbolçusu Kadi Borgesi geri qaytarıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə “Qarabağ”da 75 matçda 28 qol vurub.
