Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start verilir.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.
Premyer Liqanın lideri "Qarabağ" avrokuboklara vəsiqə qazanmaq istəyən "Kəpəz"i qonaq edəcək. Gəncə təmsilçisi ötən tur AZAL-a gözlənilmədən böyükhesabla məğlub olduğundan bu matçda uduzmamaqla aktivinə xal yazdırmağa çalışacaqsa, ağdamlılar növbəti 3 xalı qazanmaqla liderliyini möhkəmləndirmək istəyəcək.
Azərbaycan Premyer Liqası
29-cu tur
8 aprel (cümə)
17:30. "Qarabağ” – "Kəpəz” – 4:0
Qollar: Tural Axundov, 17-avtoqol, Tural Axundov, 42-avtoqol, Mahir Mədətov, 62, Armenteros, 90+2 (4:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. "Azərsun Arena”.
