“Qarabağ” “Kəpəz”lə oyunun hazırlığına başlayıb
Topaz Premyer Liqanın 17-ci turunda “Kəpəz”i qəbul edəcək “Qarabağ” oyunun hazırlıqlarına başlayıb.
Qurban Qurbanovun komandası bu gün “Azərsun Arena”nın məşq meydançasında hazırlıq keçib.
Qeyd edək ki, fevralın 25-də keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu saa 18:00-da başlayacaq.
