“Sumqayıt”dan qələbə, “Qarabağ”dan darmadağın
04.11.2023 , 20:00

Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
İlk görüşdə “Qarabağ” autsayder “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə bitib.
Digər matçda “Sumqayıt” “Araz-Naxçıvan”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
“Zəfər turu”
4 noyabr
16:00 Qarabağ – Kəpəz – 7:1
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu
18:00 Sumqayıt – Araz-Naxçıvan – 2:0
Baş hakim: Elçin Məsiyev
“Kapital Bank Arena”
